XƏBƏR LENTİ
03 Mart 2026
02 Mart 2026
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026
25 Fevral 2026
24 Fevral 2026
23 Fevral 2026



“Pool” bilyard idman növü üzrə ölkə çempionatına yekun vuruldu
İdman 13:40 / 15.12.2025

Dekabrın 13-15-də kişilər və qadınlar arasında ölkə çempionatı uğurla keçirilib.

Azərbaycan Bilyard Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, çempionat çərçivəsində kişilər arasında Pool-10, qadınlar arasında isə Pool-8 növü üzrə qarşılaşmalar təşkil olunub. Kişilər arasında (Pool-10) birinci yerə Orxan Qubatov layiq görülüb. Murad Fəttayev ikinci, Orxan Rzayev və Ruslan Əmiraslanov isə üçüncü yeri tutub.

Qadınlar arasında (Pool-8) isə Mina Nəsirova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Səbinə Bayramova ikinci, Südabəxanım İsmayilova və Zəminə Yolçuzadə isə üçüncü olub. Qalib və mükafatçılar diplom və medallarla təltif olunublar.


4127 oxunub

InvestAZ