XƏBƏR LENTİ
25 Fevral 2026
24 Fevral 2026
23 Fevral 2026
22 Fevral 2026
21 Fevral 2026
20 Fevral 2026
19 Fevral 2026
18 Fevral 2026



Qurban Qurbanov: “Gözəl oyuna görə, futbolçularımızı təbrik edirəm”
İdman 13:44 / 07.08.2019

Qələbə qazansaq da, oyun çox çətin oldu. Meydanda sərgilədikləri gözəl oyuna görə, futbolçularımızı təbrik edirəm. Rəqib güclü idi və ilk dəqiqələrdən təzyiq yaradacaqlarını bilirdik.
Bu sözləri "Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov avqustun 6-da UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində keçirilən APOEL-"Qarabağ” qarşılaşmasından sonra təşkil olunmuş mətbuat konfransında deyib.
Təcrübəli məşqçi deyib: "APOEL özünəməxsus oyun üslubu olan bir komandadır. Qələbəyə baxmayaraq, biz arxayınlaşmayacağıq. Bu qarşılaşmanı analiz edib cavab matçında daha hazırlıqlı olmalıyıq”.
Qeyd edək ki, komandalar arasındakı cavab matçı avqustun 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. Həmin görüş saat 20:30-da start götürəcək.

32203 oxunub

InvestAZ