XƏBƏR LENTİ
03 Mart 2026
02 Mart 2026
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026
25 Fevral 2026
24 Fevral 2026
23 Fevral 2026



Azərbaycan boksçusu İslam Həmrəyliyi Oyunlarının finalına yüksəlib
İdman 17:43 / 09.11.2025

Azərbaycanın boksçusu Səidcəmşid Cəfərov Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında yarımfinal görüşünə çıxıb.

80 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finala gedən yolda iordaniyalı idmançı Hüseyn Laşhaişlə qarşılaşıb. Rəqibinə 5:0 hesabı ilə qalib gələn boksçumuz adını finala yazdırıb.

Qeyd edək ki, bu gün, həmçinin Aynur Mikayılova (57 kiloqram), Fatimə Mehdiyeva (65 kiloqram), Məhəmmədəli Qasımzadə (60 kiloqram) və Sərxan Əliyev (70 kiloqram) də yarımfinalda mübarizə aparacaqlar.


6381 oxunub

InvestAZ