XƏBƏR LENTİ
09 Noyabr 2025
08 Noyabr 2025
07 Noyabr 2025



Ər-Riyad-2025: Altıncı yarış gününün GÜNDƏLİYİ
İdman 09:42 / 09.11.2025

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında bu gün altıncı yarış gününə start veriləcək.
Olimpiyadunyasi.com xəbər verir ki, bu gün Azərbaycan idmançıları 6 idman növündə qüvvələrini sınayacaqlar.
Təmsilçilərimiz cüdo, üzgüçülük, ağırlıqqaldırma, stolüstü tennis, voleybol və boks yarışlarında çıxış edəcəklər.
Qeyd edək ki, Azərbaycanı Oyunlarda 20 idman növündə 169 idmançı təmsil edir.

Ağırlıqqaldırma
Saat: 17:30
İdmançı: İsa Rüstəmov (71 kq)

Stolüstü tennis
Saat: 10:00
İdman növü: Komanda yarışları, qrup mərhələsi (Qadınlar)
Görüş: Azərbaycan – Pakistan

Cüdo

Mərhələ: 1/4 final
Saat: 11:00
İdmançılar:

1. Günel Həsənli (-78 kq)
2. Aytac Qardaşxanlı (-70 kq)
3. Südabə Ağayeva (-70 kq)
4. Elcan Hacıyev (-90 kq)
5. Zelim Kotsoyev (-100 kq)
6. Uşangi Kokauri (+100 kq)

Boks
Mərhələ:
Yarımfinal
Saat:15:00 – Səidcəmşid Cəfərov (80 kq)
Saat:18:20 – Aynur Mikayılova (57 kq)
Saat:18:40 – Fatimə Mehdiyeva (65 kq)
Saat: 19:00 – Məhəmmədəli Qasımzadə (60 kq)

Üzgüçülük
Saat:
10:03 – Səid Həmidov, 200 metr fərdi qarışıq
Saat: 10:03 – Yeqor Maynitski, 200 metr fərdi qarışıq
Saat: 10:09 – Rəşad Alquliyev, 100 metr arxasıüstə üzmə

Final mərhələləri:
Saat: 18:00 – Fatimə Alkərəmova, 200 metr fərdi qarışıq
Saat: 19:17 – Anastasiya Boborikina, 100 metr brass üsulu
Saat: 19:30 – Qadınlar, 4x200 metr sərbəst estafet (final)
Saat: 19:49 – Kişilər, 4x200 metr sərbəst estafet (final)

Voleybol
Növ:
Qadınlar, qrup mərhələsi
Saat: 16:00
Görüş: Azərbaycan – Türkiyə


126 oxunub

InvestAZ