"McLaren" komandasının pilotu Lando Norris İtaliya Qran-Prisinin podium mərasimindən əvvəl fitə basılıb. Azarkeşlərin bu cür reaksiyasına səbəb "McLaren"in Monzadakı yarış zamanı istifadə etdiyi uğursuz komanda taktikası olub. Belə ki, Norris pit-stop zamanı komanda yoldaşı Oskar Piastriyə ikinci yerə yüksəlməyə imkan verməyə çalışıb, bununla da o, vaxt itirib. Komanda Piastridən Norrisin irəli getməsinə icazə verməsini və sonra onunla yarışmasını tələb edib. Lakin Oskar komanda yoldaşının yanından keçə bilməyib.
395 oxunub