Slovakiyanın paytaxtı Bratislavada keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatı davam edir.
Yarışların ikinci günündə komandamızın iki çəki dərəcəsində daha iki idmançısı tatami üzərinə çıxacaq. Təmsilçilərimizdən Əbil Yusubov (-73 kq) 1/16 finalda yunanıstanlı Georqios Kotsaxristosla qarşılaşacaq.-81 kq çəki dərəcəsində qüvvəsini sınayacaq Süleyman Şükürov isə 1/16 finalda serbiyalıDuşan Qraxovacla üz-üzə gələcək.Təsnifat görüşləri12:30-dan, final bloku isə17:30-dan etibarən başlayacaq.
Xatırladaq ki, ilk yarış günündən sonra millimizin aktivində 2 qızıl, 1 bürünc medal var. Nihad Məmişov (-60 kq) və Məhəmməd Musayev (-66 kq) qızıl, Nizami İmranov (-66 kq) isə bürünc medala sahib olub.
Qeyd edək ki, Avropa çempionatında 43 ölkədən 364 (199 oğlan, 165 qız) idmançı mübarizə aparır.