Ançelotti Neymarı bəyənmədi
İdman 14:15 / 04.09.2025
Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti "Santos"un hücumçusu Neymarı qarşıdakı oyunlar üçün milliyə çağırmayıb.
"Bu, texniki qərardır. Neymarın səhhətindəki problemlərlə heç bir əlaqəsi yoxdur. İstedad baxımından Neymar çoxlarına örnəkdir.Braziliya millisinə düşmək istəyən 70-ə yaxın futbolçumuz var. Tarazlığı qorumaq vacibdir", - deyə insayder Alfredo Pedulla məşqçinin sözlərindən sitat gətirib.
Məlumat üçün bildirək ki, Brazliya millisi Sentyabrın 9-da Çili, 14-də isə Boliviya yığması ilə qarşılaşacaq.
273 oxunub