"Ferrari" pilotları Lyuis Həmilton və Şarl Lekler bu həftə keçiriləcək İtaliya Qran-Prisində əfsanəvi Niki Laudanın xatirəsinə həsr olnumuş dəbilqədə yarışacaqlar.
Hemilton sarı, Lekler isə qırmızı rəngi seçib.
Qeyd edək ki, 50 il əvvəl 1975-ci ildə avstriyalı Lauda ilk dünya çempionu titulunu qazanmışdı.
Xatırladaq ki, "Ferrari" hazırda Mühəndislər çempionatında ikinci yerdə qərarlaşıb. Aktivində 260 xalı olan İtaliya təmsilçiləri, lider "McLaren"dən geri qalırlar - 584 xal.
291 oxunub