Turinin "Yuventus" klubu hücumameyilli yarımmüdafiəçi Kənan Yıldızla müqaviləni artırmaq istəyir.
Olimpiyadunyasi.com "La Gazzetta dello Sport"un məlumatına istinadən xəbər verir ki, "Qoca Sinyora"türkiyəli futbolçuya 2030-cu ilin yayına qədər müqavilə təklif edib. Hazırkı müqavilə 2029-cu ilin iyun ayına qədər qüvvədədir.
Qeyd edək ki, Yıldız ötən mövsüm bütün yarışlarda 52 matçda 12 qol, 9 məhsuldar ötürmə müəllifi olub.