XƏBƏR LENTİ
04 Mart 2026
03 Mart 2026
02 Mart 2026
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026
25 Fevral 2026



Lənkəranda "Tofiq Bəhramov – 100: Ədalətli Oyun İrsi” layihəsi çərçivəsində seminarlara start verilib
İdman 21:20 / 01.09.2025
Azərbaycan idmanı, xüsusilə futbol və futbol hakimliyi tarixi üçün önəmli şəxsiyyət olan Tofiq Bəhramovun anadan olmasının 100 illiyi münasibətilə "Azərbaycan Futbol Hakimləri” İctimai Birliyinin təşkilatçılığı və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən"Tofiq Bəhramov – 100: Ədalətli Oyun İrsi” layihəsi çərçivəsində seminarlara Lənkəran şəhərində start verilib.
Lənkəran Olimpiya İdman Kompleksində keçirilən seminarda rayonun idman həvəskarları, futbol veteranları və futbol hakimliyinə marağı olan şəxslər iştirak edib. Tədbir Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi, eləcə Cənub Regional Futbol Federasiyasının tərəfdaşlığı ilə baş tutan tədbirin açılış hissəsində aidiyyəti qurumların rəhbər şəxsləri çıxış edib, onun önəmi barədə məlumat veriblər. "Azərbaycan Futbol Hakimləri” İctimai Birliyinin sədri Gülağa Cabbarovun, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin idman sektorunun müdiri Yusif Xamıyevin, Cənub Regional Futbol Federasiyasının prezidenti Sakin Məmmədzadənin çıxışlarından sonra maraqlı video süjetə baxılıb, "Tofiq Bəhramov - 100" kitabçasının təqdimatı baş tutub. Məruzələrdə Tofiq Bəhramov və müasir futbol hakimliyi, idmanda liderlik, futbol oyun qaydalarının maraqlı məqamları müzakirə edilib. Oyun qaydaları üzrə yarış keçirilməklə qalib şəxsə mükafat təqdim olunub. Sonda tərəfdaşlara təşəkkürnamə və seminar iştirakçılarına sertifikatlar və kitabçalar təqdim edilib.
12114 oxunub

InvestAZ