XƏBƏR LENTİ
04 Sentyabr 2025
03 Sentyabr 2025
02 Sentyabr 2025
01 Sentyabr 2025



Gənc cüdoçularımız Avropa çempionatında mübarizəyə başlayırlar
İdman 11:49 / 04.09.2025

Bu gün Slovakiyanın paytaxtı Bratislavada cüdo üzrə gənclər arasında Avropa çempionatına start veriləcək.

43 ölkədən 364 (199 oğlan, 165 qız) idmançının mübarizə apardığı yarışda Azərbaycan komandası 13 (9 oğlan, 4 qız) idmançı ilə təmsil olunacaq. Yarışın ilk günündə Azərbaycan komandasının 4 çəki dərəcəsində 7 cüdoçusu tatami üzərinə çıxacaq. Oğlanların mübarizəsində Nihad Məmişov (-60 kq)1/8 finalda Qor Safaryan (Ermənistan) vəAsxab İsayev (Belçika)cütünün qalibi ilə qarşılaşacaq. Bu çəki dərəcəsində mübarizə aparan Fərid Qarayev isə eyni mərhələdə Luka Kabesana (Almaniya) və Ferents Fedora (Macarıstan) cütünün qalibi ilə üz-üzə gələcək.

-66 kq çəki dərəcəsidə tatami üzərinə çıxacaq Məhəmməd Musayev 1/16 finalda estoniyalı Edvard Yakimovla, Nizami İmranov isə Yakub Kurovski (Polşa) və Yuray Odkladal (Slovakiya) cütünün qalibi ilə qarşılaşacaq.

Qızların yarışında isə Fəridə Əzizova (-48 kq) 1/16 finalda Viktoriya Slaşokla (Polşa) üz-üzə gələcək. -52 kq çəki dərəcəsində tatami üzərinə çıxacaq Xədicə Qədəşova 1/16 finalda gürcüstanlı Nino Tatrişvili, eyni çəkidə qüvvəsini sınayacaq Aydan Vəliyeva isə Klara Ertenlə (Almaniya) qarşılaşacaq. Təsnifat görüşləri saat 12:00-dan etibarən start götürəcək. Final bloku isə 17:30-da başlayacaq.


279 oxunub

InvestAZ