Qazaxıstan hökuməti UEFA Çempionlar Liqasında "Kayrat”ın Madrid "Real”ı ilə oyunu ilə əlaqədar ölkəyə böyük turist axını gözləyir.
Olimpnews.az Qazaxıstanın turizm və idman naziri Erbol Myrzabosınovun sözlərinə istinadən xəbər verir ki,ölkəyə 4-5 min futbol azarkeşinin gələcəyi gözlənilir. Xatırladaq ki, "Kayrat” tarixində ilk dəfə Çempionlar Liqasının ümumi mərhələsində çıxış edəcək. Onların "Real”ilə görüşü sentyabrın 30-da keçiriləcək.