XƏBƏR LENTİ
15 Mart 2026
14 Mart 2026
13 Mart 2026
12 Mart 2026
11 Mart 2026
10 Mart 2026
09 Mart 2026
08 Mart 2026



Jurnalistlər Gənclər və İdman Nazirliyinin “Səhər idmanı” təşəbbüsünə qoşulublar
İdman 10:59 / 04.09.2025

İdman jurnalistləri Gənclər və İdman Nazirliyinin "Səhər idmanı” təşəbbüsünə qoşulub idmanla məşğul olaraq sağlam həyata çağırış ediblər.

Dədə Qorqud parkında toplaşan media nümayəndələri günə gimnastika ilə başlayıblar.

Onlarla birlikdə Gənclər və İdman Nazirliyinin əməkdaşları, idman səfirləri, idman veteranları və gənclər də səhər idmanına qoşulublar.

Gənclər və İdman Nazirliyi paytaxt sakinlərinin sağlam həyat tərzinə marağını artırmaq üçün bu günlərdə yeni təşəbbüsə start verib. Nazirliyin "Sağlam həyat” layihəsi çərçivəsində Zabitlər, Mərkəzi və Dədə Qorqud parklarında həftəiçi 6 gün, səhər saat 7-dən 8-dək səhər məşqləri keçirilir. Məqsəd idmanın hər bir insan üçün həyat tərzinə çevrilməsi və hər kəsin günə gümrah başlamasıdır.


11806 oxunub

InvestAZ