XƏBƏR LENTİ
04 Sentyabr 2025
03 Sentyabr 2025
02 Sentyabr 2025
01 Sentyabr 2025



Azərbaycan boksçularının dünya çempionatındakı ilk rəqibləri müəyyənləşib
İdman 10:53 / 04.09.2025

"World Boxing"in təşkilatçılığı ilə qadın və kişi boksçular arasında Liverpulda keçiriləcək ilk dünya çempionatının püşkatma mərasimi keçirilib.

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə Azərbaycan idmançılarının da ilk rəqibləri müəyyənləşib.

Bu gün start götürəcək mundialın birinci günündə 2 boksçumuz rinqə çıxacaq. Onların hər ikisi 1/16 finala vəsiqə uğrunda döyüşəcəklər.

Dünya çempionatı

4 sentyabr

1/32 final

Zaur Qəhrəmanov (65 kq) – Denis Bril (Almaniya)

Sərxan Əliyev (70 kq) – Karlos Flouers (ABŞ)

5 sentyabr

1/16 final

Səidcəmşid Cəfərov (75 kq) – Qavin Rafferti (İrlandiya)

Surət Qarayev (85 kq) – Laçlan Lauson (Avstraliya)

Aynur Mikayılova (57 kq) – Qabriella Veerheym (Niderland)

Sübhan Mamedov (50 kq) – Fredelin De Los Santos (Dominikan Respublikası)

Məhəmməd Abdullayev (+90 kq) – Sezar Peraza La Kruz (Kuba)

6 sentyabr

1/16 final

Məhəmmədəli Qasımzadə (60 kq) – Radoslav Rosenov (Bolqarıstan)/Dövlet Muhanov (Türkmənistan) cütünün qalibi

7 sentyabr

1/16 final

Nicat Hüseynov (55 kq) – Rolando Martines Peres (Kuba)

Murad Allahverdiyev (80 kq) – Amar Koçi (Albaniya)/Meysam Qeşlaqi (İran) cütünün qalibi

8 sentyabr

1/8 final

Alfonso Dominqes (90 kq) – Yasse Kiss (Almaniya)/Yonas Yazeviçyus (Litva) cütünün qalibi

Qeyd edək ki, dünya çempionatında 68 ölkədən 329 kişi, 225 qadın boksçu mübarizə aparacaq. Yarışa sentyabrın 14-də yekun vurulacaq.


369 oxunub

InvestAZ