XƏBƏR LENTİ
07 Sentyabr 2025
05 Sentyabr 2025
04 Sentyabr 2025
03 Sentyabr 2025
02 Sentyabr 2025



Azərbaycan çempionatının qalibləri müəyyənləşib
İdman 12:08 / 05.09.2025
Güllə atıcılığı üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib.
Bu barədə Azərbaycan Atıcılıq Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Kişilər arasında 50 metr məsafəyə kiçik çaplı tapançadan atəş açma yarışında Rəsul Məmmədov qızıl, Hacı Musayev gümüş, Vladislav Kalmıkov bürünc medala sahib çıxıb.
Qadınlar arasında 25 metr məsafəyə kiçik çaplı tapançadan atəş açma yarışında Zeynəb Sultanova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Nilufər Səmədli ikinci, Sofiya Barxalova isə üçüncü yeri tutub. Kişilər arasında isə Ruslan Lunev qızıl, İmran Qarayev gümüş, Cəfər Sultanlı bürünc medal qazanıb.
50 m məsafəyə 3 vəziyyətdə tüfəng ilə atəş açma yarışında isə Nigar Ramazanova ən güclü olub. Əliməmməd Hüseynov ikinci, Üzeyir Tapdıqlı isə üçüncü yerin sahibi olub.


1446 oxunub

InvestAZ