XƏBƏR LENTİ
09 Sentyabr 2025
08 Sentyabr 2025
07 Sentyabr 2025
05 Sentyabr 2025
04 Sentyabr 2025
03 Sentyabr 2025



Paytaxtımız nüfuzlu idman tədbirinə ev sahibliyi edəcək
İdman 11:21 / 08.09.2025
Sentyabrın 8-də Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Halqası və SportAccord arasında rəsmi müqavilə imzalanıb.
Mərasimdə gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Azər Əliyev, SportAccordun prezidenti Uğur Erdener və müxtəlif federasiyaların rəsmiləri iştirak ediblər.
Müqaviləyə əsasən, Bakı 2026-cı il mayın 24-28-də SportAccord Dünya İdman və Biznes Sammitinə ev sahibliyi edəcək.
Tədbir zamanı Bakının 2026-cı ildəki tədbirə ev sahibi şəhər kimi təqdimatı da elan olunub.
SportAccord Dünya İdman və Biznes Sammitində 2800-3000 şəxsin iştirakı gözlənilir.


1042 oxunub

InvestAZ