XƏBƏR LENTİ
09 Sentyabr 2025
08 Sentyabr 2025
07 Sentyabr 2025
05 Sentyabr 2025
04 Sentyabr 2025
03 Sentyabr 2025



İtaliyanın rekordu elə İtaliyada yeniləndi
İdman 21:35 / 08.09.2025
Ötən həftə sonu başa çatan İtaliya Qran-Prisi Formula 1 tarixində ən sürətli yarış rekorduna yiyələnib. Belə ki, "Red Bull Rasinq"in niderlandlı pilotu Maks Ferstappen yarış məsafəsini 1 saat 13 dəqiqə 24 saniyəyə (orta sürəti 250,706 km/saat) qət edib. Qeyd edək ki, bundan əvvəl rekord 2003-cü ildə keçirilən İtaliya Qran-Prisinə məxsus idi. Həmin vaxt "Ferrari" təmsilçisi Mixael Şumaxer məsafəni 1 saat 14 dəqiqə 19 saniyəyə (orta sürəti 247,585 km/saat) qət edərək, çempion olmuşdu.
Xatırladaq ki, şənbə günü keçirilən sıralama mərhələsində Maks Ferstappen Formula 1 tarixində orta sürətlə ən sürətli dövrə vuraraq yeni rekord nümaiş etdirmişdi.  

518 oxunub

InvestAZ