Bu gün futbol üzrə DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin növbəti oyunları keçiriləcək.
Olimpiyadunyasi.com xəbər verir ki, azarkeşlər A, G, J və E qruplarında ümumilikdə 8 qarşılaşma izləyəcəklər.
A qrupunda Almaniya millisi Şimali İrlandiyanı Lüksemburq isə Slovakiyanı qəbul edəcək. G qrupunda Litva seçməsi Niderlandla, Polşa yığması isə Finlandiya ilə üz-üzə gələcək. J qrupunun iştirakçılarımdam Şimali Makedoniya Lixtenşteyni qonaq edəcək. Belçika isə Qazaxıstanla üz-üzə gələcək. E qrupunda isə Türkiyə millisi doğma meydanda İspaniya ilə qarşılaşacaq. Gürcüstan seçməsi isə Bolqarıstanla münasibətlərinə aydınlıq gətirəcək.
1357 oxunub