XƏBƏR LENTİ
02 Noyabr 2025
31 Oktyabr 2025
30 Oktyabr 2025
29 Oktyabr 2025
28 Oktyabr 2025
27 Oktyabr 2025
24 Oktyabr 2025
23 Oktyabr 2025
22 Oktyabr 2025



Atletimiz finalda
Olimpiya oyunları 11:19 / 24.07.2019

XV Avropa Gənclər Yay Olimpiya Festivalının atletika yarışları davam edir. Bu gün səhər sessiyasında Azərbaycan yığmasının üç üzvü mübarizəyə qoşulub. Qızların üçtəkanla tullanma yarışında Sabrina Jralova təsnifat mərhələsində qüvvəsinə sınayıb. B qrupunda çıxış edən atlet 12,23 m tullanıb. 16 yaşlı təmsilçimiz 9-cu yeri tutaraq final mərhələsinə yüksəlib. Həlledici raund iyulun 26-da keçiriləcək və saat 18:10-da start götürəcək. Qaçış zolağına çıxan iki təmsilçimiz isə mübarizəni dayandırıb. Lamiyə Vəliyeva qızların 200 m məsafəyə qaçışında I mərhələdə qüvvəsini sınayıb. 25,06 saniyə göstəriciyə imza atan atletimiz 20 iştirakçı arasında 14-cü yeri tutub.
Oğlanların eyni məsafəyə qaçışında isə ölkəmizi Əli Abdıyev təmsil edib. O, I mərhələni 22,63 saniyəyə qaçıb. Atletimiz 19 iştirakçı arasında 14-cü yeri tutub.
Qeyd edək ki, bu gün daha bir idmançımız azarkeşlər önünə çıxacaq. Aydın Bədəlov oğlanların hündürlüyə tullanma yarışında təsnifat mərhələsinin B qrupunda çıxış edəcək.

53349 oxunub

InvestAZ