XƏBƏR LENTİ
07 Mart 2026
06 Mart 2026
05 Mart 2026
04 Mart 2026
03 Mart 2026



Təmsilçimiz bu dəfə Bakıda döyüşəcək
İdman 22:01 / 13.04.2025

Azərbaycanı UFC-nin yüngül çəki reytinqində təmsil edən Rafael Fiziyev iyunun 21-də Bakıda növbəti görüşünü keçirəcək. UFC turnirində 70 kq çəki dərəcəsində onun rəqibi çilili İqnasio Bojamondes olacaq.

Qeyd edək ki, R.Fiziyev martın 9-da Las-Veqasda UFC 313 turnirində UFC-nin müvəqqəti yüngül çəkidə keçmiş çempionu amerikalı Castin Qetci ilə qarşılaşmışdı. Üç raund davam görüşdə o, qələbəni əldən vermişdi.



15277 oxunub

InvestAZ