XƏBƏR LENTİ
10 Dekabr 2025
09 Dekabr 2025
08 Dekabr 2025
07 Dekabr 2025
06 Dekabr 2025
05 Dekabr 2025
04 Dekabr 2025



Millimizin heyəti açıqlanıb
İdman 12:46 / 12.07.2019

Tokio-2020 XXXII Yay Olimpiya Oyunlarına lisenziya xarakterli təsnifat turnirinə hazırlaşan voleybol üzrə qadınlardan ibarət milli komandamızın heyəti açıqlanıb.
Turnirdə ölkəmizi Leyla Parşkova, Yana Əzimova, Anastasiya Qurbanova, Odina Əliyeva, Ayşən Abduləzimova, Olena Həsənova, Yelizaveta Səmədova, Anastasiya Bezsonova, Kristsina Yaqubova, Polina Rəhimova, Şəfaqət Alışanova, Bəyaz Alıyeva, Marharita Əzizova, Mariya Kiriliuk, Kseniya Pavlenko təmsil edəcəklər. Millimiz təlim-məşq toplanışı üçün artıq Bolqarıstana yola düşüb. Komanda daha sonra Rusiyada və Türkiyədə də təlim-məşq toplanışında olacaq. Voleybolçularımız hazırlıq çərçivəsində Bolqarıstan və Rusiya ilə bir neçə yoxlama oyunları da keçirəcəklər.
Bakıdakı hazırlıq prosesində 30-a yaxın idmançı iştirak etsə də, xaricdəki təlim-məşq toplanışına 15 idmançı cəlb olunub.
Voleybolçu qızlarımız Braziliyaya iyulun 24-də Türkiyədən yola düşəcəklər.

40921 oxunub

InvestAZ