XƏBƏR LENTİ
21 Fevral 2026
20 Fevral 2026
19 Fevral 2026
18 Fevral 2026
17 Fevral 2026
13 Fevral 2026
12 Fevral 2026
11 Fevral 2026



Bu gün Basketbol Liqasında daha üç oyun keçiriləcək
İdman 10:18 / 15.03.2025

Azərbaycan Basketbol Liqasında XVIII turun daha üç oyunu bu gün keçiriləcək.

İlk matç"Gəncə" və "Ordu" kollektivləri arasında baş tutacaq.

Gəncə İdman Sarayındakı qarşılaşma saat 14:00-da başlayacaq.

Bu görüşdən 2 saat sonra "Sabah" "Abşeron"la üz-üz gələcək. Saat 19:00-da "Naxçıvan" "Sərhədçi" ilə qarşılaşacaq. Hər iki oyun "Sərhədçi" İdman Mərkəzində reallaşacaq.

A qrupuna 30 xalla "Sabah" başçılıq edir. 28 xalı olan "Naxçıvan" ikinci, "Abşeron" 24 xalla dördüncüdür. 23 xalı olan "Sərhədçi" isə beşinci sırada yer alıb.

B qrupunda "Gəncə" 30 xalla ikinci sırada qərarlaşıb. Qərb təmsilçisindən 2 xal geri qalan "Ordu" kollektivi üçüncüdür.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Quba" "Lənkəran"ı 95:84, "Şəki" isə "Sumqayıt"ı 104:96 hesabı ilə məğlub edib. Tura martın 16-da yekun vurulacaq.


13770 oxunub

InvestAZ