XƏBƏR LENTİ
10 Fevral 2026
09 Fevral 2026
08 Fevral 2026
07 Fevral 2026
06 Fevral 2026
05 Fevral 2026
04 Fevral 2026



Şahmat üzrə “Baku Open-2025” turnirinin başlama tarixi açıqlanıb
İdman 12:58 / 15.03.2025

Azərbaycan Şahmat Federasiyası, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Baku Open-2025” Beynəlxalq Şahmat Festivalı keçiriləcək.

Festivaldan əvvəl şahmat dünyasının əfsanəvi simalarından biri, 15-ci dünya çempionu Vişvanatan Anand Bakıya səfər edəcək.

Hindistanlı şahmatçı Azərbaycan çempionatının son qalibi Rauf Məmmədovla rapid və blits partiyalarında üz-üzə gələcək. Vişvanatan Anandla Rauf Məmmədov arasında turnirin 27-30 aprel tarixlərində keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, "Baku Open - 2025” Beynəlxalq Şahmat Festivalı Baku Crystal Hall-da 27 aprel (gəlmə günü) - 6 may (son tur və bağlanış) tarixləri arasında keçiriləcək və şahmatçılar üç qrupda İsveçrə sistemi üzrə 9 turda (A, B və C) mübarizə aparacaq.

Festivalın ümumi mükafat fondu 55 min ABŞ dolları olacaq.


12705 oxunub

InvestAZ