XƏBƏR LENTİ
03 Mart 2026
02 Mart 2026
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026
25 Fevral 2026
24 Fevral 2026
23 Fevral 2026



Boksçularımız beynəlxalq turnirə qələbə ilə başladılar
İdman 13:18 / 13.03.2025

Azərbaycanın iki boksçusu Macarıstanın Debretsen şəhərində keçirilən beynəlxalq turnirə qələbə ilə başlayıb. 60 kq-da mübarizə aparan Məhəmmədəli Qasımzadə 1/4 finalda Lukas Vimislski (Slovakiya) ilə üz-üzə gəlib.

Görüş boksçumuzun 5:0 (30:25, 30:26, 30:26, 30:25, 30:25) hesablı qələbəsi ilə başa çatıb. Yarımfinala yüksəlməklə özü üçün ən azı bürünc medalı təmin edən Qasımzadə bu mərhələdə Aksel Eqartla (Uels) döyüşəcək.

Əli Abdullayev (65 kq) isə 1/8 finalda Qabor Skubikslə (Macarıstan) qarşılaşıb. O, görüşün taleyini ilk raundda həll edib. Tam üstünlüklə qalib gələn Abdullayev ikinci döyüşündə Qerq Şarazı (Macarıstan) sınağa çəkəcək.

Qeyd edək ki, turnirə martın 15-də yekun vurulacaq.


13510 oxunub

InvestAZ