XƏBƏR LENTİ
27 Yanvar 2026
23 Yanvar 2026
22 Yanvar 2026
21 Yanvar 2026
19 Yanvar 2026
18 Yanvar 2026
16 Yanvar 2026
14 Yanvar 2026
13 Yanvar 2026
12 Yanvar 2026



Qadın güləşçimiz qitə çempionatının finalında
İdman 21:53 / 10.03.2025

Azərbaycan qadın güləşçisi Günay Qurbanova Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatında finala yüksəlib.

Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, 59 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz əvvəlcə belaruslu Marta Hetmanavaya (7:2) üzərində inamlı qələbə qazanıb.

17 yaşlı güləşçi yarımfinalda ukraynalı Yuliya Paxniuka tam üstünlüklə (11:1) qalib gəlib. Qurbanova sabah finalda (U20) Avropa və dünya çempionu olmuş italiyalı Aurora Russoyla qarşılaşacaq.

Digər güləşçilərimizdən Əsmər Cankurtaran (50 kq) isveçrəli Svenja Junqoya 3:0 hesabıyla qalib gələrək yarımfinala yüksəlib. Ancaq finalın bir addımlığında belaruslu Anastasiya Yanotavaya "tuş”la məğlub olub. Əsmər sabah bürünc medal uğrunda türkiyəli Songül Kavakla güləşəcək.

Nərgiz Səmədova (55 kq) 1/4 finalda almaniyalı Amori Andrixə "tuş”la uduzub.


12212 oxunub

InvestAZ