XƏBƏR LENTİ
03 Mart 2026
02 Mart 2026
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026
25 Fevral 2026
24 Fevral 2026
23 Fevral 2026



Azərbaycan millisinə yeni məşqçi təyin olunub
İdman 10:23 / 07.01.2025

Rəşad Eyyubov futbol üzrə Azərbaycan milli komandasının məşqçisi təyin olunub.

AFFA-dan verilən məlumata görə, o, Fernandu Santuşun rəhbərlik etdiyi məşqçilər korpusunda çalışacaq. Onunla müqavilə 2028-ci ilə kimi nəzərdə tutulub.

Qeyd edək ki, Rəşad Eyyubov futbolçu karyerası ərzində "Simurq”, "Xəzər Lənkəran”, "Kəpəz”, "Qəbələ”, "Sumqayıt”, "Neftçi”, "Sabah” və "Zirə” klublarının formasını geyinib. O, 2015-2019-cu illərdə millinin heyətində 7 oyun keçirib. 32 yaşlı mütəxəssis "Sabah” klubunun U-19, əvəzedici və əsas komandasında məşqçi kimi fəaliyyət göstərib.


17885 oxunub

InvestAZ