XƏBƏR LENTİ
09 Fevral 2026
08 Fevral 2026
07 Fevral 2026
06 Fevral 2026
05 Fevral 2026
04 Fevral 2026



COP29-da neft hasilatının ətraf mühitə təsiri tendensiyasının dəyişməsi mövzusu müzakirə olunub
İdman 11:47 / 12.11.2024

Bakıda keçirilən COP29 iqlim sammiti çərçivəsində "Neft və dünyada baş verən son dəyişikliklər” mövzusunda mətbuat konfransı keçirilib.

Mətbuat konfransında beynəlxalq ekoloji təşkilatların nümayəndələri - Sindra Şarma (PICAN), Bronven Taker (Oil Change International) və Diin Bebhe (Power Shift Africa) qısa açılış nitqləri ilə çıxış ediblər. Sonra jurnalistlərin sualları cavablandırılıb.

Mətbuat konfransı zamanı XXI əsrin üçüncü onilliyində neft hasilatı və neft məhsullarının gələcək istehsalının ətraf mühitə təsiri, neft korporasiyalarının iqlimin qorunmasına töhfəsi, qeyri-hökumət təşkilatlarının bu sahəyə həsr olunmuş proqramlarının maliyyələşdirilməsi məsələlərinə toxunulub.

Natiqlər müəyyən edilmiş problemlərin həlli yollarının tapılmasında hazırkı COP-un mühüm rolunu qeyd ediblər.


15908 oxunub

InvestAZ