XƏBƏR LENTİ
03 Mart 2026
02 Mart 2026
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026
25 Fevral 2026
24 Fevral 2026
23 Fevral 2026



Qara Qarayev "Araz-Naxçıvan"da
İdman 17:40 / 30.10.2024

"Araz-Naxçıvan” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Klubdanverilən məlumata görə, müxtəlif illərdə Azərbaycanın 17, 19, 21 yaşadək futbolçulardan ibarət yığmalarında, eləcə də əsas millidə çıxış etmiş Qara Qarayev mövsümün sonuna qədər "qırmızı-ağlar”ın formasını geyinəcək. Futbolçu ilə rəsmi müqavilə imzalanıb və o, heyət üzvlərinə təqdim olunub.

Qeyd edək ki, 32 yaşlı yarımmüdafiəçi 2009-2023-cü illərdə "Qarabağ”ın, 2023-2024-cü illər mövsümündə isə "Neftçi”nin heyətində yer alıb. Futbolçu 9 dəfə Azərbaycan çempionu, 5 dəfə isə ölkə kubokunun qalibi olub.


16649 oxunub

InvestAZ