XƏBƏR LENTİ
21 Yanvar 2026
19 Yanvar 2026
18 Yanvar 2026
16 Yanvar 2026
14 Yanvar 2026
13 Yanvar 2026
12 Yanvar 2026
09 Yanvar 2026
08 Yanvar 2026



Qadın güləşçilərimiz dünya çempionatında medalsız qaldı
İdman 17:06 / 30.10.2024

Azərbaycanın qadın güləşçiləri Albaniyanın paytaxtı Tiranada keçirilən qeyri-olimpiya çəki dərəcələri üzrə dünya çempionatını medalsız başa vurublar.

Alyona Kolesnik (59 kq) və Elis Manolova (65 kq) təsəlliverici görüşdə məğlub olublar.

Bu gün sərbəst güləşçilərimiz də mübarizəyə start veriblər.

Qeyd edək ki, dünən yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (63 kq) və Ülvü Qənizadə (72 kq) dünya çempionu olublar. Yığma komanda hesabında birinci yeri tutub. Dünya çempionatı dekabrın 31-də başa çatacaq.


17229 oxunub

InvestAZ