XƏBƏR LENTİ
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026
01 Aprel 2026
31 Mart 2026



BOK-un rəhbər vəzifəsinə namizədlərin siyahısı açıqlandı
İdman 16:40 / 16.09.2024

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) rəhbəri vəzifəsinə namizədlərin siyahısı açıqlanıb. "Olimpiyadunyasi.com" qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, siyahıda 7 namizədin adı yer alıb. Namizədlər arasında Beynəlxalq Atletika Federasiyasının rəhbəri Sebastyan Kou (Böyük Britaniya), Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Morinari Vatanabe (Yaponiya), Beynəlxalq Velosipedçilər Assosiasiyasının rəhbəri David Lappartyen (Fransa), Beynəlxalq Xizək İdmanı və Snoubord Federasiyasının rəhbəri Yohan Eliaş (İsveç), BOK-un mərhum prezidenti Xuan Antonio Samarançın ad və soyadını daşıyan oğlu və hazırda Beynəlxalq Olimpiya Komitəsinin vitse-prezidenti olan Xuan Antonio Samaranç (İspaniya), İordaniya kralı Feysəl ibn Hüseyn və BOK-un İCraiyyə Komitəsinin üzvü Kirsti Koventrinin (Zimbabve) adları var. 

Qeyd edək ki, ötən ay BOK-un hazırkı prezidenti Tomas Baxın yenidən təşkilata rəhbərlik etməyəcəyi dəqiqləşib. O, 2013-cü ildən komitəyə rəhbərlik edir. Qrumun prezidenti seçkiləri 2025-ci ilin martında Yunanıstanda keçiriləcək.


19146 oxunub

InvestAZ