XƏBƏR LENTİ
25 Mart 2026
20 Mart 2026
19 Mart 2026
18 Mart 2026
17 Mart 2026
16 Mart 2026
14 Mart 2026
13 Mart 2026



Azırbaycanın UEFA reytinqindəki mövqeyi dəyişmədi
İdman 11:17 / 23.08.2024

Azərbaycanın ötən həftə ilə müqayisədə UEFA reytinqində mövqeyi dəyişməyib.

Bu, avrokuboklarda pley-off mərhələsinin ilk oyunlarından sonra baş verib.

26-cı sırada yer alan ölkənin əmsalı 18,875-ə bərabərdir.

"Qarabağ" Çempionlar Liqasında Xorvatiyada "Dinamo" (Zaqreb) kollektivinə 0:3, "Zirə" isə UEFA Konfrans Liqasında Kiprdə "Omoniya"ya 0:6 hesabı ilə məğlub olub. 

25-ci pillədəki Kiprin 19,225, 27-ci yerdəki Bolqarıstanın 18,625 əmsalı var.

55 ölkənin yer aldığı reytinq siyahısına İngiltərə (89.303) başçılıq edir.


18597 oxunub

InvestAZ