XƏBƏR LENTİ
03 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025
24 İyun 2025
23 İyun 2025
19 İyun 2025



Paris-2024: Kanadalı idmançılar sağlamlıqlarından şikatlənirlər
İdman 22:15 / 08.08.2024

Paris-2024 Yay Olimpiya Oyunları çərçivəsində keçirilən yarışlarda iştirak edən kanadalı idmançılar Oyunlar zamanı mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkdiklərini bildiriblər. İlk dəfə Olimpiada həyəcanı yaşayan 100 metr məsafəyə maneələrlə qaçış üzrə üçqat Kanada çempionu Mişel Harrison sağlamlığından şikayətlənir

"Bura gələn qədər sağlamlığımla bağlı heç bir narahatlıq hiss olunmurdu. Lakin indi mədəmdə ağrılar hiss edirəm. Bu səbəbdən də enerjim azalır, sinir sistemim isə pozulub", deyə Harrison CBC kanalının müxbirinə məlumat verib.

Bundan başqa səkkiz saatlıq şiddətli qaytarma ilə mübarizə apardığını söyləyən qaçışçı və sprinter Zoe Sherar, sprinter Aaron Braun və idman yerişçisi Evan Danfi də sağlımlığı ilə mübarizə aparan idmançılardandır.


9799 oxunub

InvestAZ