XƏBƏR LENTİ
21 Mart 2025
20 Mart 2025
19 Mart 2025
18 Mart 2025



Paris-2024: Avarçəkənimiz qrupda dördüncü yeri tutdu
İdman 12:09 / 30.07.2024

Paris-2024 Yay Olimpiya Oyunları çərçivəsində keçirilən akademik avarçəkmə üzrə yarışlar davam edir. Bu gün akademik avarçəkənimiz Diana Dimçemko 1/4 final mərhələsində mübarizə aparıb. Təmsilçimiz 2000 metr məsafəyə fərdi yarışlarda çıxış edib. Finişə 7 dəqiqə 53,76 saniyəyə çatan Diana altı idmançı arasında dördüncü yeri tutub. Olimpiyaçımız bu nəticə ilə C/D yarımfinalına yüksəlib. 1/4 final mərhələsində ilk üç yerin sahibi A/B, digər üç olimpiyaçı C/D yarımfinalına vəsiqə qazanıb.

Qeyd edək ki, C/D yarımfinalları iyulun 31-də,A/B yarımfinalları isə avqustun 1-də keçiriləcək.



7557 oxunub

InvestAZ