XƏBƏR LENTİ
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026
01 Aprel 2026
31 Mart 2026



Paris-2024 Yay Olimpiya Oyunlarının açılış mərasimində MOK-un rəsmiləri də iştirak edib
İdman 14:55 / 27.07.2024

Fransanın paytaxtı Paris şəhərində XXXIII Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib. 

Açılış mərasimi ilk dəfə olaraq stadiondan kənarda - Sena çayının ətrafında təşkil olunub.

Açılış mərasimini Milli Olimpiya Komitəsinin (MOK) viste-prezidenti Çingiz Hüseynzadə və MOK-un baş katibi Azər Əliyev də izləyib.

Azərbaycanın Olimpiya komandası ölkələrin paradında 16-cı sırada yer alıb. Paradda Azərbaycan bayrağını cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayev daşıyıb.

Azərbaycan millisi Fransada 48 idmançı ilə təmsil olunur. Yığma 15 idman növü üzrə 17 proqramda çıxış edir.

Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.


20208 oxunub

InvestAZ