XƏBƏR LENTİ
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026
01 Aprel 2026
31 Mart 2026



Voleybol millimiz Sloveniyaya yollanıb
İdman 23:32 / 20.05.2024

Qızıl Avropa Liqasında çıxış edən qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Xorvatiyada keçirilən ilk turun oyunlarından sonra Sloveniyaya qayıdıb.

Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Mariborda bir neçə günlük məşqlərdən sonra komandamız sabah İstanbula, mayın 22-də isə ikinci tura ev sahibiliyi edən Rumıniyaya yola düşəcək.

Qeyd edək ki, millimiz ikinci turda Rumıniya və İsveç komandaları ilə üz-üzə gələcək.


21453 oxunub

InvestAZ