XƏBƏR LENTİ
24 Fevral 2026
23 Fevral 2026
22 Fevral 2026
20 Fevral 2026
19 Fevral 2026
18 Fevral 2026
17 Fevral 2026
13 Fevral 2026



Avropa çempioantından üç medal
İdman 11:11 / 20.05.2024

Almaniyanın Regensburq şəhərində karate-do üzrə Avropa çempionatı keçirilib.

Azərbaycan Karate Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, komandamız yarışda üç medal qazanıb. Təmsilçilərimizdən İmran Quluzadə (72 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib çıxıb. Digər karateçimiz Fuad Əliyev (+80 kq) isə bürünc medala yiyələnib.

Azərbaycan idmançıları komanda yarışında da fərqlənməyi bacarıblar. İmran Quluzadə, Fuad Əliyev və Mehman Eynalovdan ibarət üçlük Avropa çempionatını üçüncü yerdə başa vurub.

Qeyd edək ki, komandaya bu yarışda Azərbaycan Karate Federasiyasının Məşqçilər Komitəsinin sədri Əhməd Əfəndi rəhbərlik edib.


19323 oxunub

InvestAZ