XƏBƏR LENTİ
29 Mart 2026
25 Mart 2026
20 Mart 2026
19 Mart 2026
18 Mart 2026
17 Mart 2026
16 Mart 2026
14 Mart 2026
13 Mart 2026



Olimpiya kəndində uşaq bağçası fəaliyyət göstərəcək
İdman 14:31 / 17.05.2024

Paris-2024 Yay Olimpiya Oyunları üçün nəzərdə tutulan Olimpiya kəndində uşaq bağçası fəaliyyət göstərəcək. Bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) idmançılar komissiyasının rəhbəri Emma Terho məlumat verib. "Bir çoxlarının idman karyerası ilə ailə həyatı kəsişir. Bunun necə olduğunu yaxşı bilirəm. Çünki Soçi-2014 Olimpiadasında körpə uşağı olan bir ana kimi iştirak etmişəm. Valideynlər üçün uşaqları ilə vaxt keçirmək çox faydalıdır”, - deyə BOK Atletlər Komissiyasının rəhbəri Emma Terho bildirib.

Xatırladaq ki, Parisdə Olimpiya Oyunları 2024-cü il iyulun 26-dan avqustun 11-dək keçiriləcək.


24539 oxunub

InvestAZ