XƏBƏR LENTİ
23 Oktyabr 2019
22 Oktyabr 2019
21 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019



Minskdə Azərbaycan Günü adlı tədbir keçirilib
Olimpiya oyunları 10:17 / 21.06.2019


Iyunun 20-də Minskdə Azərbaycan Günü adlı tədbir keçirilib. Tədbirdə Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Ağacan Abiyev, federasiya rəsmiləri iştirak ediblər. İkinci Avropa Oyunlarında ölkəmizi təmsil edən numayəndə heyətinin üzvlərinin də iştirak etdiyi mərasimdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə səhnədə tədbir iştirakçılarını salamlayaraq, dedi: "Bu günlərdə biz böyuk bir idman tədbirində iştirak etmək uçun Minskdə toplaşmışıq. Əziz minsklilər, ölkənizdə möhtəşəm idman baramı keçirilir. Avropanın ən güclü idmançıları burada qalib adı ugrunda yarışacaqlar. Bilirsiniz ki, tarixdə ilk dəfə olaraq Avropa Oyunları Bakıda təşkil edilmişdi. Bizim ölkəmiz bu Oyunları yüksək səviyyədə hazırlaşmışdı. Hesab edirik ki, 4 il əvvəl Avropa Oyunları öz möhtəşəmliyi ilə bütün dünyaya səs salmışdı. Bakıdan sonra estafet Minskə verildi. Biz inanırıq ki, Minsk də Bakı kimi bu sınaqdan uğurla çıxacaq”. Çıxış başa catdiqdan sonra bədii hissə olub. Qonaqlar Azərbaycan rəqsləri tamaşa etmiş və Əməkdar artist, hər iki Avropa Oyunlarının səfiri Tunzalə Ağayevanın mahnılarını dinləyiblər.
Məlumat üçün bildirək ki, II Avropa Oyunlarının açılış mərasimindən bir gün avvəl təşkil olunan tədbir yerli sakinlərin böyuk marağına səbəb olub. Belə ki, xüsusi yaradılmış pavilyonda yerli sakinlərə və qonaqlara Azərbaycan haqqında məlumatlar verilib. Bununla yanaşı onlara zəngin Azərbaycan mətbəxi ilə tanış olmaq imkanı verilib, şirniyyatlar təqdim olunub.


3311 oxunub

InvestAZ