XƏBƏR LENTİ
10 Fevral 2026
09 Fevral 2026
08 Fevral 2026
07 Fevral 2026
06 Fevral 2026
05 Fevral 2026
04 Fevral 2026



“Marsel”in daha bir ulduzu məşəl estafetində iştirak edib - FOTO
İdman 11:12 / 10.05.2024

Fil Dişi Sahilinin və Fransanın "Marsel” komandasının keçmiş futbolçusu Didye Droqba Olimpiya məşəlinin estafetində iştirak edib. Olimpiadanın məşəlestafetinin ilk mərhələsini başa vuran Droqba Marseldəki "Stade Vélodrom”da yerləşən alov qazanını yandırıb.

Məlumat üçün bildirək ki, Olimpiya məşəli Paris Olimpiadasının açılış mərasiminə 79 gün qalmış Marselə çatıb. Məşəli 50 metr məsafəyə sərbəst üsulla üzmə üzrə London-2012-nin qalibi Florent Manadou Fransa Prezidenti Emmanuel Makronun iştirakı ilə əfsanəvi "Belem" gəmisindən yerə endirib. Həmin estafetdə fransalı ulduz Zinədin Zidan da iştirak edib.


19709 oxunub

InvestAZ