XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Federasiya rəhbəri atletlərə veriləcək mükafatdan narazıdır
İdman 15:10 / 17.04.2024

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) prezidenti David Lappartient Paris Olimpiadasında atletika yarışlarının qaliblərinə pul mükafatının ödənilməsi qərarının Olimpiya ruhuna zidd olduğunu bildirib. "Olimpiya ruhu qazancları ədalətli şəkildə bölüşmək və daha çox idmançını bu idman yarışına cəlb etməkdən ibarətdir. Bütün pulları ən yaxşılara yatırmaqla, digər idmançıları da kənarda qoymaq olmaz. Əgər biz pul mükafatlarını ən yaxşı idmançılara versək, o zaman bütün dünyada digər idmançılar bundan məyus olacaqlar ”, - UCI rəhbərinin sözlərini Reuters agentliyi sitat gətirib.

Xatırladaq ki, atletika üzrə Parisdə keçirilən Olimpiya Oyunlarının qalibləri 50 min ABŞ dolları qazanacaq. 2028-ci ildə Los-Ancelesdə (ABŞ) keçiriləcək olimpiadada isə medal qazanan bütün idmançılar üçün pul mükafatı nəzərdə tutulub.


23140 oxunub

InvestAZ