XƏBƏR LENTİ
01 Yanvar 2026
29 Dekabr 2025
27 Dekabr 2025
26 Dekabr 2025



Avropa çempionatından bir qızıl və bir bürünc medal 
İdman 11:50 / 17.04.2024

Azərbaycan idmançısı bilyard üzrə Avropa çempionu olub. Azərbaycan Bilyard Federasiyasından verilən məlumata görə, Moldovanın Kişinyov şəhərində keçirilən piramida üzrə Avropa çempionatında həmyerlimiz Tofiq Quliyev 7 ölkədən 70 idmaçı arasında qalib gələrək çempion adını qazanıb. İkinci yerə ukraynalı Dmitro Pokotilski sahib çıxıb. Digər təmsilçimiz Niyazi Xələfov isə üçüncü yeri tutub. Bununla da komandamız Avropa çempionatını bir qızıl və bir bürünc medalla başa vurub. 



21692 oxunub

InvestAZ