XƏBƏR LENTİ
27 Fevral 2026
26 Fevral 2026
25 Fevral 2026
24 Fevral 2026
23 Fevral 2026
22 Fevral 2026
21 Fevral 2026
20 Fevral 2026



Bədii gimnastlarımız Tallinə yollanacaqlar
İdman 21:49 / 01.04.2024
Aprelin 5-7-də Estoniyanın Tallin şəhərində bədii gimnastika üzrə birinci "Tallin Open”  beynəlxalq turniri keçiriləcək. 
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışda bədii gimnastika üzrə qrup hərəkətləri komandamız da mübarizə aparacaq. 
Yığmamızın AGF-in idman direktoru Natalya Bulanova və məşqçi Siyana Vasilevanın rəhbərliyi altında Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina, Ləman Əlimuradova və Zeynəb Hümmətova, böyük fərdi gimnastlar - İlona Zeynalova, Mədinə Dəmirova, Alina Məmmədova, gənc fərdi gimnastlar - Gövhər İbrahimova, Şəms Ağahüseynova, İlahə Bahadırova və Fidan Qurbanlı ilə təmsil olunacaq. 
Qeyd edək ki, yarışda beynəlxalq dərəcəli hakimlər Nigar Abdusalimova və Yevgeniya Vilyayeva, o cümlədən, məşqçilər Nigar Musazadə, Nəzrin Cəfərzadə, Qaratova Jalə və xoreoqraf Akif Kərimli ölkəmizi təmsil edəcək.

22754 oxunub

InvestAZ