XƏBƏR LENTİ
11 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026
01 Aprel 2026
31 Mart 2026



AKF-in İdarə Heyətinin iclası keçirilib 
İdman 18:01 / 29.03.2024

Azərbaycan Karate Federasiyasının (AKF) İdarə Heyətinin iclası keçirilib.

AKF-nin mətbuat xidmətindən verilən məlumata görə, federasiya prezidenti Ülvi Quliyevin rəhbərliyi ilə keçirilən iclasın gündəliyindəki əsas məsələlərdən biri məşqçi-müəllimlər üçün imtahan və seminarların təşkili, eləcə də onlara lisenziyaların verilməsi olub.

Bildirilib ki, təkcə dekabrda 3 seminar təşkil olunub və bu tədbirlərdə ümumilikdə 92 məşqçi-müəllim iştirak edib. İclasda həmçinin AKF-nin regionlar üzrə nümayəndəliklərinin yaradılması və yerlərdə müvafiq şəxslərin nümayəndə qismində təyinatı müzakirə olunub. Bununla bağlı namizədlərin siyahısı yaxın günlərdə AKF rəhbərliyinə təqdim ediləcək.

Toplantıda AKF-də fəxri prezidentlik institutunun yaradılması da müzakirə olunub və bu istiqamətdə müvafiq qərarlar qəbul edilib. İclasın sonunda tamamlanma mərhələsində olan qurumun rəsmi saytı ilə bağlı federasiya rəhbərliyinə hesabat verilib. Saytın yaxın günlərdə tam olaraq istifadəyə verilməsi qərara alınıb.


24386 oxunub

InvestAZ