XƏBƏR LENTİ
15 May 2024
14 May 2024
13 May 2024
12 May 2024



Azərbaycan çempionatında növbəti oyunlara start verilir
İdman 13:50 / 12.03.2024

Bu gün qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunlara start veriləcək. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunacaq ilk oyunda "Milli Aviasiya Akademiyası” və "Murov Az Terminal” komandaları qarşılaşacaq. Oyun saat 15:00-da başlayacaq.

Bu oyundan sonra "Azərreyl” və "Gəncə” komandaları münasibətlərinə aydınlıq gətirəcəklər. Qarşılaşmanın start fiti saat 18:00-da veriləcək.

Tura martın 13-də yekun vurulacaq.


1990 oxunub

InvestAZ