XƏBƏR LENTİ
15 May 2024
14 May 2024
13 May 2024
12 May 2024



Ramosdan xəbər var
İdman 13:38 / 10.03.2024

37 yaşlı ispaniyalı müdafiəçi Serxio Ramos gələn mövsüm də "Sevilya"nın formasını geyinəcək. Bu barədə "Todofichajes” portalının jurnalistləri məlumat yayıblar. Jurnalistlərin məlumatına görə, Əndəlus klubunun rəhbərliyi futbolçu ilə 2025-ci ilin yayına qədər yeni müqavilə imzalamaq üçün danışıqlar aparır. Qeyd edək ki, Ramos ötən ilin payızında "Sevilya"ya qayıdaraq, bir illik müqavilə imzalayıb. O, bu mövsüm 17 oyunda iki qol vurub, beş sarı vərəqə alıb və bir dəfə meydandan uzaqlaşdırılıb.


3020 oxunub

InvestAZ