Boks üzrə keçmiş dünya çempionu Menni Pakyaonun Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak etmək arzusu puç olub. Beynəlxalq Olimpiya Komitəsi (BOK) məşhur idmançının yaşının çoxm olmasına səbəbindən onun olimpiadada mübarizə aparmasına razılıq verməyib. Eyni zamanda 45 yaşlı filippinli boksçu Paris-2024 olimpiadasına yollanmaq üçün lisenziya yarışlarında da iştirak etməyib.Bu qərar barəsində Filippin Milli Olimpiya Komitəsinin prezidenti Abraham Tolentino öz fikirlərini bildirib.
"Sevimli boks simvolumuzun yaşına görə olimpiadadan uzuq qalması təəssüf doğurur. İdman növündən asılı olmayaraq, hər bir idmançı Paris-2024-də yarışmaq imkanı əldə etmək üçün təsnifat yarışlarından keçməlidir. Pakyao isə bu təsnifatlardan kənarda qalıb”, - deyə boxingnews qurum rəhbərindən sitat gətirib.
Məlumat üçün bildirək ki, Parisdə-2024 Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.