XƏBƏR LENTİ
01 Dekabr 2025
30 Noyabr 2025
29 Noyabr 2025
28 Noyabr 2025
27 Noyabr 2025



Millimizin Qızıl Avropa Liqasındakı oyunlarının təqvimi müəyyənləşdi
İdman 14:58 / 07.02.2024
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Qızıl Avropa Liqasındakı oyunlarının təqvimi bəlli olub.
Faiq Qarayevin rəhbərlik etdiyi kollektiv ilk matçını mayın 17-də Osiyek şəhərində Xorvatiya seçməsinə qarşı keçirəcək.
Yığma bu matçda nominal meydan sahibi olacaq.
Azərbaycan millisi bir gün sonra isə eyni məkanda Slovakiyanı sınağa çəkəcək.
Qeyd edək ki, milli komanda oyunlarını Xorvatiya ilə yanaşı, Rumıniya və Azərbaycanda da keçirəcək.

17 may
19:00. Azərbaycan – Xorvatiya
Qradski tədris və idman zalı (Xorvatiya)

18 may
15:00. Slovakiya –Azərbaycan
Qradski tədris və idman zalı (Xorvatiya)

24 may
17:00. Azərbaycan – Rumıniya
"Sala Polivalenta” idman zalı, (Rumıniya)
25 may
17:00. İsveç – Azərbaycan
"Sala Polivalenta” idman zalı, (Rumıniya)

31 may
18:00. Estoniya – Azərbaycan
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi

18580 oxunub

InvestAZ