XƏBƏR LENTİ
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026
01 Aprel 2026
31 Mart 2026



“Söz verirəm” kampaniyası Gəncədə 
İdman 23:01 / 03.12.2023

Azərbaycan Cüdo Federasiyasının (ACF) keçirdiyi "Söz verirəm” sosial layihəsi çərçivəsində Gəncə şəhərində yerləşən Fizika, riyaziyyat və informatika təmayüllü liseydə kampaniya təşkil edilib.

100-ə yaxın şagirdin iştirakı ilə keçirilən maarifləndirici görüşdə qısnamanın mahiyyəti, potensial təhlükələri və buna qarşı durmağın zəruriliyi haqqında məlumat verilib.

Tədbir zamanı uşaqlar müzakirələrdə fəal iştirak etdilər və qısnamaya qarşı öhdəlikləri götürməyə təşviq ediliblər. Hər bir uşaq "Söz verirəm" sertifikatını imzaladı, bu isə onların qısnamaya qarşı olduqlarını simvolizə etdi. Bundan əlavə, onlar məlumatlandırıcı bukletlər və bilərziklər əldə ediblər.

"Söz verirəm” sosial kampaniyasının əsas məqsədi ölkəmizdə idmana olan marağı daha da artırmaq, cəmiyyətdə sağlam həyat tərzini təbliğ etməklə yanaşı, son zamanlar gənclər və yeniyetmələr arasında qlobal səviyyədə aktual olan qısnama (bullinq) mövzusuna toxunur.


21668 oxunub

InvestAZ