XƏBƏR LENTİ
12 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026
01 Aprel 2026
31 Mart 2026



“Senatorlar” üçün yadda qalan matç
İdman 19:58 / 03.12.2023
Milli Xokkey Liqasının müntəzəm mövsümünün növbəti oyununda "Ottava Senators” "Seetl Kraken”i qəbul edib. Qarşılaşma 2:0 hesabı ilə Kanada təmsilçisinin xeyrinə başa çatıb.
Hücumçu Tim Stützle "senatorlar” üçün vacib oyun nümayiş etdirib. Onun ötürmələri klub üçün 200 xallıq göstəriciyə çatıb. Alman forvard Ottava tarixində klub üçün 200 xal toplayan ən gənc oyunçu olub. "Seattle” ilə matç zamanı Tim 21 yaş 321 günlüyündə olub.
Bununla da Stützle çexiyalı hücumçu Martin Havlatın nailiyyətini üstələyib - 22 yaş 308 gün. İlk 5-liyə həmçinin slovakiyalı Marian Qossa (23 yaş 12 gün), amerikalı Bredi Tkaçuk (23 yaş 36 gün) və rusiyalı Aleksey Yaşin (23 yaş 80 gün) də daxildir.



25208 oxunub

InvestAZ