XƏBƏR LENTİ
17 May 2025
16 May 2025
15 May 2025
14 May 2025



Voleybol komandamız Avropa Kubokunun qalibi oldu
İdman 01:27 / 09.10.2023

"Murov Az Terminal" çimərlik voleybolu tarixində ilk dəfə keçirilən Avropa Kubokunun (Beach Volley European Cup) qalibi olub. Azərbaycan təmsilçisi finalda Türkiyənin "TVF Spor Lisesi SK Ankara" klubunu məğlub edib. Komandalar arasında keçirilən iki oyundan birində ev sahibləri, ikincisində isə "Murov Az Terminal" qələbə qazanıb. Yarışın qalibi isə qızıl setdə müəyyənləşib. Rəqibini 15:10 hesabı ilə üstələyən Azərbaycan komandası Avropa Kubokunun sahibi olub.

Qeyd edək ki,"Murov Az Terminal"çimərlik voleybolunda Azərbaycana CEV-in təşkilatçılığı ilə keçirilən yarışlarda ilk qızıl medalı qazandırıb.



13517 oxunub